Sunday, March 30, 2008

Azərbaycan - Odlar yurdu 2008-ci ildə Almaniyada Azərbaycan İli – Mədəniyyət proqramı


Azərbaycan - bu ölkə haqqında adətən yalnız yerli sakinlər və onu tanıyanlar müəyyən bir məlumat verə bilər. Digərləri isə „Odlar yurdunu“(ölkənin adının digər anlamı) çox zaman sadəcə olaraq Rusiyanın cənubunda yerləşən və yeraltı sərvətlərlə zəngin olan bir ölkə kimi tanıyır. Azərbaycanın həqiqətən nəyə qadir olmasını və rəngarəngiyini 2008-ci ildə Almaniyada keçiriləcək„ Azərbaycan İli – Mədəniyyət proqramı“ göstərəcəkdir. Tarixində ilk dəfə olaraq bu Qafqaz ölkəsi tamaşaçıları mədəni sərvətləri ilə ətraflı tanış olmağa dəvət edir.

İl ərzində Sizi Azərbaycanın musiqi, ədəbiyyat və incəsənət aləmində əldə etdiyi yüksək nailiyyətlərlə tanış edəcəyik. Bütün bunlar Azərbaycan mədəniyyətinin Avropada ilk təqdimatı olacaqdır.Artıq „Azərbaycana xoş gəlmişsiniz“ adı altında Berlin şəhərində keçiriləcək açılış festivalı özünün çoxlu və çeşidli tədbirləri ilə mədəniyyət proqramının əhatə etdiyi geniş spektri nümayiş etdirəcəkdir. Konsertlər, bədii oxumalar və simpoziumlar vasitəsilə Azərbaycan özünü ənənələr və müasirlik qovşağında yerləşən bir ölkə kimi təgdim edəcək.Azərbaycan İli – Mədəniyyət proqramının təntənəli açılışı mart ayının 27-də Azərbaycan Dövlət Simfonik Orkestrinin bayram konserti zamanı baş verəcəkdir. Ölkənin mədəni irsi ilə tanışlıq isə artıq mart ayının 26-da, Azərbaycan filmlərinə baxış ərəfəsində başlayacaq. Daha sonra ənənəvi və çağdaş musiqi sədaları altında keçirilən konsertlər ölkənin məşhur musiqi əfsanələrinin və gənc nəslin istedadlı nümayəndələrinin ifasında Azərbaycanın musiqi dünyasını tanımağa dəvət edəcək. Bununla yanaşı “Odlar yurdu” kukla teatrı və xalq nağıllarını tamaşaçıların diqqətinə təqdim edərək, dünyanın ən qədim mədəniyyətlərindən birinə sahib olduğunu göstərəcək. Eyni zamanda aktual filmlərin daxil olduğu filmlər silsiləsi ənənələrin yaşamasını nəzərə çarpdıracaq. Və nəhayət simpozium ölkə və əhalisi haqqında ətraflı məlumat verəcək.Sizi Azərbaycanın mədəni zənginıiyinə məftun olmağa dəvət edrik. “2008-ci ildə Almaniyada Azərbaycan İli – Mədəniyyət proqramı“ vasitəsilə „Odlar yurduna“ səyahətə çıxın və bu ölkəni başqalarından fərqləndirən misilsiz milli-mədəni sərvətlərini kəşf edin, onlarla yaxından tanış olun.