Tuesday, October 28, 2008

Türkmən Səhra Azadlıq Təşkilatı Güney Azərbaycan milli hərəkatını dəstəkləyır

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Türkmən Səhra Azadlıq təşkilatı son günlərdə Güney Azərbaycanda milli fəallara qarşı faşist molla hakimiyyətinin məmurları tərəfindən edilən vəhşiliyi pisləyən bəyanat yayıb.
Bəyanatda bildirilir ki, İran adlanan ölkənin təməlində Farsçılıq və İslam pərdəsi arxasında şovinist simalar dayanır. Bu səbəbdən İran adlanan ölkədə 30 ildir qeyri-fars millətlər, özəliklə ölkənin 50% dan çoxunu təşkil edən Azərbaycan Türkləri bu cani rejimin əsas hədəfidir ki, bu milləti bütün sahələrdə məhv etsin.
Bunun əsas səbəbi odur ki, tarix boyu Güney Azərbaycan Türkləri o coğrafiyada bütün siyasi poroseslərin, devrim və inqilabların beşiyi olmuş və bu gündə həmin molla hakimiyyəti İranda Yalnız Türklərin əlilə devrilə bilər. Buna görə də Hakimiyyət Güney Azərbaycan Milli Azadliq Hərəkatını məhv etmək üçün bütün vasitələrdən istifadə edir.
Son illərdə hərəkatı daha da kütləviləşməsi molla rejimini ciddi qorxuya salıb. Demək olar ki, hər gün İran adlanan ölkədə Güney Azərbaycanın milli fəallarına qarşı təzyiq və həbslər artmaqdadır.
Biz Türkmən Səhra Azdlıq təşkilatı olaraq bir daha bəyan edirik ki, bütün imkanlarımızla Güney Azərbaycan Milli Azadlıq Hərəkatının yanındayıq. Bütün beynəlxalq insan haqları təşkilatlarından İran adlanan ölkədə qeyri-fars millətlərin bütün mədəni və insani haqlarının molla hakimiyyəti tərəfindən kobud şəkildə pozulmasının qarşısını almağı tələb edirik.

TÜRKMƏN SƏHRA AZADLIQ TƏŞKİLATI 25 oktyabr 2008-ci il15:11 / 28.10.2008
Web Çeşmesi: Dünyə Azerbayjanlylar Kongresi- دونیأ آذربایجانلئلار کنگره سی