Monday, October 01, 2012

"Kişilər qucaqladığı qadının ehtiraslı olmasını istəyir" - Müsahibə

Türkiyədə Hürrəm Sultan
obrazı ilə məşhurlaşan
Məryəm Uzerli
Türkiyədə Hürrəm Sultan obrazı ilə məşhurlaşan Məryəm Uzerlinin Türkiyə mətbuatına verdiyi müsahibəni sizə təqdim edirik:
İllərdir 'gözəl' dediyimiz 45 kiloluq qadınlara oxşamırsınız…
- Türk qadınları niyə arıq olmaq istəyir? Sizin quruluşunuza heç uyğun gəlmir ki bu. Daim arıqlamaq istəyirsiniz. Türklər şəhvətli və ehtiraslıdır; zəif və xəstə deyil.

Kişilər arıq qadınları daha çox sevmirmi? Adriana Lima kimi.
- Xeyr. Kişilər qucaqladığı qadının yumşaq, ehtiraslı və şəhvətli olmasını istəyir.
  Amma siz də ağır dieta saxlayırsınız. Elə deyilmi?
- Doqquz ay əvvəl siqareti atdim və hər ay bir kiloqram kökəldim. Köhnə patlarlarım əynimə olanda sevinirəm və mən normal dieta saxlayıram. Xoşbəxtlik verən yeməklər yeyirəm.

Dörd gündə  həyatınız dəyişdi. Bu necə bir duyğudur?
- Çox, çox qəribə ... Yüksək bir yerdən dənizə düşmüş kimiyəm. Mən sanki dənizə tullanmışam. Arxamda nə buraxdığımı deyil, buradan nə alacağımla maraqlanmışam. Bəzən insan risk almalıdır. Bu da o risklərdən biri idi. Hisslərimin doğrunu söyləyəcəyini bilirəm, inanıram, onları dinlədim və gəldim.
Gələrkən daha çox  həyəcanlandınız yoxsa qorxudunuz?
- Qorxdum.

Dayanıb düşündüyünüzdə ...
- Bir dəqiqə! Dayanmağa vaxtım yoxdur ki. Həyatım hara gedir deyə düşünə bilmirəm. Gəldiyimdən bəri çox az yatıram. Hələ indi yavaş-yavaş nələr olduğunu anlayıram, bu vəziyyətə tam hakim deyiləm. Amma çox xoşbəxtəm. Hürrəm kimi maraqlı bir xarakteri oynadığım üçün də xoşbəxtəm.

Bəs gəldikdən sonra hadisələr necə inkişaf etdi?
- Bir anda hər şey tez-tələsik oldu: türkcə öyrənmək, ssenari əzbərləmək, kilo vermək, Hürremi anlamaq, dəyişmək, tarixi öyrənmək ...

Türkiyə və Osmanlı tarixi haqqında  məlumatınız var idimi?
- Atamdan eşitdiyim qədər bilirəm. Məktəbdə heç öyrənməmişəm.

Hürrəmi sevirsiniz?
- Sevdiğim tərəfləri var. Bir çox adam onun pis şeylər etdiyini düşünə bilər. Hər zaman doğru yolu seçmirik. Amma bunu da nəzərə almaq lazımdır; 500 il əvvəl qayda bu idi: "Ya sən öləcəksən, ya mən." O da bu qaydaya görə oynayır. Bundan başqa mən onun pis tərəflərini də sevmək məcburiyyətindəyəm ki, yaxşı canlandıra bilim.

Sizə ən çox təsir edən üç xüsusiyyəti ...
- Yaxşı bir şahmat oyunçusu kimi strategiya təyin edir, əsla dayanmır və kiminlə necə danışması gərəkdiyini bilir.

Düşünün ki, siz Məryəm Uzerli olaraq hərəmə daxil olmusunuz. Kim olardınız?
- Çox çətin bir sualdır. Bilmirəm ...Məncə , o dövrdə, sarayda mənim xarakterimdə olan biri yaşaya bilməzdi.

Sarayda bir-birinə zidd iki eşq var: İbrahim və Xədicənin günahsız eşqi qarşısında Qanuni və Hürrəmin ehtirası. Hansı daha gerçəkdir?
- Məncə ikisi də çox həqiqi deyil. Həyatda qarşılığı yoxdur. Mükəmməl eşq, ikisinin qarışığından çıxar. Yemək kimi ... Yeməyə bir çox şey qatsan, çox ləzzətli olar. Eynilə elə.

Kişinin iqtidarı qadının ona daha asan aşiq olmasını təmin edər mı?
- Hürrəm üçün elədir. Amma mənim üçün eşq elə deyil. Xoşbəxt adamları xoşlayıram, xoşbəxtlik çəkər məni. İqtidar sahibi olsa da, bu mənə təsir etməyə də bilər.

No comments:

Post a Comment