Monday, November 12, 2012

Kanadada “Azərbaycan gecəsi” keçirilib - کانادادا "آزربایجان گیجه سی" گچیریلدی

Shanli Toronto Dance groupi
Bakı. Könül Cəfərli - APA. Noyabrın 10-da Kanadanın Toronto şəhərində “Heydarbaba Media Group”un təşkilatçılığı ilə “Azərbaycan gecəsi” keçirilib. Bu barədə təşkilatın direktoru, Kanadada yaşayan soydaşımız Yaşar Purəli məlumat verib.
O bildirib ki, gecədə bu ölkədə yaşayan azərbaycanlı sənətçilər, “Təbriz” və “Azərbaycan” milli rəqs qrupları çıxış ediblər: “Tədbirin əsas məqsədi Kanada cəmiyyətində Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ etməkdir. Xalqımızın qədim və zəngin mədəni irsi var. Belə tədbirlər keçirməklə milli mədəniyyətimizi yaşadığımız cəmiyyətə tanıtmağa çalışırıq. ...
Bu, vətəndən kənarda yaşayan hər bir azərbaycanlının mənəvi borcudur. “Azərbaycan gecəsi”ndə çıxış edən sənətçilər və rəqs qrupları təmənnasız iştirak etdilər”.

No comments:

Post a Comment