Thursday, February 21, 2013

İngiltərədə yaşayan azərbaycanlı istedad: Sanaz Niknam-انگلستاندا یاشایان آزربایجانلی استعداد: ساناز نیکنام

Təbrizli vokal qadın müğənni Sanaz Niknam bir neçə il əvvəl Azərbaycan Respublikasından İngiltərəyə köçüb. O, hazırda Newcastle şəhərində yaşayır. Azərbaycan bəstəkarları ilə yanaşı o, bir çox klassik Avropa bəstəkarlarının operalarından əsərlər ifa edir.
İranda qadınların müğənni olması "haram" hesab olunduğu üçün, Sanaz xanım ölkəsinə qayıda bilmir.
Londona səfəri zaman o, BBC Azərbaycancaya müsahibə verib.
Müsahibə BBC Azərbaycancanın Klikləyin "Britaniyada Azərbaycanlılar" layihəsinin bir hissəsidir.