Thursday, January 21, 2010

Halacoğlu yeni tarixi faktlar ortaya çıxarıb - خالاج اوغلی یئنی تارئخی فاکتلاری چئقارئپدئر

Osmanlı dövlətinin teleqraf müdirinin erməni olması, erməni terror dəstələrinin İtaliyadan alınan silahları gizlincə Anadoluya gətirməsi, Yunanıstanın Suriyadakı erməni dəstələrinə silah göndərməsi haqqında sənədlər aşkarlanıb.
Kadir Arıçı:"Ermənidən üzr istəyək" deyən adam ya qafildir, ya tarixi bilmir, ya da xaindir"
Bu günlərdə Türkiyə Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsinin İctimai İdarəetmə Araşdırma Cəmiyyəti və İşlətmə Araşdırma Cəmiyyətləri birgə "Ermənipərəst təbliğata cavab" adlı seminar təşkil edib. "100 İl Mədəniyyət Mərkəzi"ndə keçirilən tədbirdə Qazi Universiteti İqtisadiyyat və İdarəetmə elmlər fakültəsinin dekanı, professor, dokto Kadir Arıçı çıxış edərək dünyada türk insanını "gündəlik yaşamağa alışdırma" layihəsinin olduğu iddiasında bulunub.
Bunun beynəlxalq layihə olduğunu deyən Arıçı bunun arxasında "Türkiyəni bölgəsəl lider olmaqdan çıxarma", "Açıq bazar halına gətirmə" niyyətlərinin və "Tarixi səlibçi düşüncəsi"nin olduğunu vurğulayıb. Türkiyədə 1920-ci il şərtlərinin yenidən yaradılmağa başladıldığını söyləyən dekan hazırda Amerika və Avropa tərəfdarlarının istehsal olunmağa başladıldığını açıqlayıb:"Türk insanının insnlığa qarşı verə bilməyəcəyi heç bir hesab yoxdur. Tarixi mütəxəssislər araşdırmalı, ortaya çıxarmalıdırlar. Türklər Anadoluda irqçilik həyata keçirmiş olsaydılar, indi bu torpaqlarda başqa irqlərdən, millətlərdən bir nəfər də olsa, yaşaya bilərdi? Bu ermənipərəst təbliğatı aparanlar erməninin dostu deyil. Bu təbliğat başqa yerlərdə layihələndirilir. Bizim üzüntümüz isə Türkiyədəki qafil, cahil şəxslərlə bağlıdır. Çnki "ermənidən üzr istəyək" deyən adam ya qafildir, ya tarixi bilmir, ya da xaindir".
Türkiyə Tarix Qurumunun keçmiş rəhbəri, professor, doktor Yusif Halacoğlu ölkəsində bir ziyalı problemi və dünya dövlətlərinin maraqları baxımından isə "türk problemi" olduğunu bildirib. Yusif Halacoğlu erməni məsələsilə bağlı geniş araşdırma həyata keçirilməsini, bu məsələ ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını və siyasətçilərin də məsələyə çözüm gətirməsinin vacibliyinə toxunub. Professor ömürləri boyu Osmanlı arxivlərinə daxil olmayan, araşdırma aparmayan, Osmanlı dili haqqında bilməyən insanların indi "üzr istəyirəm" kampaniyasına başlatdıqlarını deyib. O, seminarda ABŞ və Avropadakı arxivlərdən topladığı materiallar əsasında "Erməni probleminin gerçəkləri nədir?" adlı məruzəylə çıxış edib. Halacoğlu 1915-ci ildə Osmanlı dövlətinin teleqraf müdirinin erməni olduğunu, erməni terror dəstələrinin İtaliyadan alınan silahları gizlincə Anadoluya gətirməsi, Yunanıstanın Suriyadakı erməni dəstələrinə silah göndərməsi haqqında sənədlərin olduğunu təsdiqləyən slaydları iştirakçılara göstərib. Osmanlı dövlətini erməniləri sürgün etməyə məcbur edən onların xəyanətkarlığı, erməni terror dəstələrinin türklərə qarşı törətdikləri qətliamlar, soyqırım hadisələri idi. Rusiyanın hücumu ərəfəsində erməni xəyənətkarlığıyla üzləşən Osmanlı özünün erməni vətəndaşlarını təhlükəsizlik məqsədiylə ölkənin bir vilayətindən digər tərəfinə köçürməyə məcbur qalıb.
Osmanlı dövlətinin hətta tehcir (sürgün) zamanı vilayətlərə nağd pul göndərdiyini deyən Yusif Halacoğlu "Allah eşqinə, yox etmək istədiyiniz bir millətə niyə pul verirsiniz ki?"-söyləyib. Ermənilərin "Deyrizara (çölə) sürüldük" dedikləri 1915-ci ilə aid fotoşəkli göstərən Halacoğlu həmin yerin Fərat çayı sahili olduğunu bildirib. O, ermənilərin "Daxiliyyə naziri Tələt" imzalı saxta sənədlər hazırladıqlarını, guya bununla qondarma soyqırımı sübuta yetirdiklərini deyən tarixçi Osmanlı dövlətinin naziri Tələt Paşanın belə şəkildə imza atmadığını, yalnız "Nazir Tələt" imzasıyla sənədləri təsdiqlədiyini bildirib. Bundan başqa, Halacoğu Osmanlı dövlətinin rəsmi sənədlərinin ən yuxarı hissəsində "lillah" anlamı verən bir işarənin əks olunduğunu, amma ermənilərin istinad etdiyi saxta sənədlərdə bunun yer almadığını açıqlayıb. Sürgün zamanı bəzi qrupların ermənilərə hücum etdiyinə görə Osmanlı dövlətinin 1673 nəfəri "Divani-Hərbə" göndərdiyini söyləyən alim hətta bəzilərinin 1915-ci ildə mühakimə olunduqlarını, bəzilərinin edam, bəzilərinin isə həbslə cəzalandırıldıqlarını deyib: "Beynəlxalq sənədlərə görə, bir dövlət günahkarları hadisə baş verən tarixdə cəzalandırmışsa, həmin hadisəyə heç bir şəkildə soyqırım deyə bilməzsiniz". Qarsın Dərəcik kəndində 476 nəfərin samanlıqda yandırılaraq qətlə yetirildiyini, erməni və rusların 1915-ci ilin 15 mayında Vanda qətliam həyata keçirdiklərini, 80 min nəfəri öldürdüklərini açıqlayan Halacoğlu qadınların namuslarını qorumaq üçün özlərini Van gölünə atıb intihar etdiklərini bildirib: "Bəs bizim ziyalılar bundan xəbərdar deyilmi? Xəbərdar deyilsə, ziyalı deyil. Yox xəbərdarlarsa və yenə belə bir ermənipərəst kampaniya aparırlarsa, yenə də ziyalı deyillər. Yəni hər yöndə ziyalı deyillər. Hər kəsin Türkiyə Cümhuriyyətini ayaqda tutma məsuliyyəti vardır".
Keçmiş nazirlərdən Həsən Cəlal Gözəl də Osmanlı dövlətindən öncə də erməni və türklərin Anadolu coğrafiyasında birlikdə yaşadıqlarını anladıb. Selcuqlu dövlətinin erməniləri Bizansın soyqırımından, hücumundan qoruduğunu xatırladan keçmiş nazir qeyri müsəlmanların arasında ermənilərin türklərlə birgə yaşayan ən hüzurlu topluluqlardan olduğunu söyləyib. Həsən Cəlal Gözəl XIX əsrdə orta təhsil səviyyəsində Türkiyədə 2 minə yaxın, türk məktəblərinin sayının isə 64 olduğunu xatırladıb. Hazırda Türkiyədə 70 min Ermənistan vətəndaşının yaşadığını və onlara qarşı heç bir ayrı-seçkilik yapılmadığını deyən Həsən Cəlal Gözəl vurğulayıb: "Başımıza gələn o qədər faciələrə baxmayaraq ermənilərə kinli münasibət bəsləməmişik. Osmanlı dövlətində heç bir zaman irq əsasına dayanan millətçilik anlayışı olmamışdır". Başbakanlıq müstəşarı olduğu zaman 1915-ci il Osmanlı arxivlərini açdığını, amma bu arxivlərin ciddi şəkildə öyrənilməsinə baxmayaraq ermənilərin iddia etdiyi "soyqırım" əsasının olmamasının üzə çıxarıldığını bildirib.
Qəzetçi-yazar Nihat Gənc isə erməni probleminin tarixi deyil, psixoloji savaş olduğunu söyləyib. Anadolu torpaqlarına İngiltərə, Yunanıstan kimi bir çox dövlətlərin işğal məqsədiylə gəlib-getdiyini söyləyən Nihat Gənc deyib: "Bəziləri bu torpaqları vurdu, dərsini aldı getdi. Bunun acısı yüz ildə çıxmaz. Heç biri burdakı birliyi, düzəni poza bilmədilər". O, ermənipərəst "üzr diləyirəm" kampaniyasına imza atan və özlərinə ziyalı deyənlərin Şimali Kipr, Şimali İraq və Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesində də eyni addımları atdıqlarını xatırlatdı. Nihat Gəncin fikrincə, bu ziyalılar heç bir əsərə sahib deyillər, ona görə də özlərini günahkar bildiklərindən belə davranırlar. Nihat Gənc öz ailəsinin də Azərbaycandan qaçqın düşdüklərini, ermənilərin qətliamı ilə üzləşdiklərini, nəticədə köç etdiklərini deyib. Ermənilərin Azərbaycanın Laçın rayonunu işğal edən zaman anadan olan oğluna Laçın adı qoyduğunu söyləyib. O, ermənilərin törətdiyi Xocalı qətliamının unutdurulduğu kimi türklərin başlarına gələn bir çox faciələrin unutdurulduğunu söyləyib.
Nigde Universitetinin nümayəndəsi, professor, doktor Ozcan Yeniçəri bir nəfərin öz sahəsində mütəxəssis olub, başqa sahələrdə mütəxəssis olmamasına "informatik cəhalət" deyildiyini açıqlayıb. Ermənipərəst imza kampaniyasına qoşulanların da "informatik cəhalət" içində olduqlarını söyləyib. İmperializmin etmənilərlə türklərin arasını vurduğunu Ozcan Yeniçəri "Bu millətin borcu yoxdur, kimsə bu millətdən olmayan alacağını almağa çalışmasın"-deyib. Üzünü salondakı gənclərə tutan professor məsələ ilə bağlı sualları cavablanırmaq məsuliyyəti daşıdıqlarını söyləyib.
Həsən Cəlal Gözəl bir tələbənin "Hrant Dink davasının çözülməməsinə bir maneə olub-olmaması" haqqında sualı cavablandırarkən "erməni jurnalistinin öldürülməsinin Türkiyəyə faydadan çox zərər gətirdiyini" bildirib. Eyni zamanda bu olayın arxasında erməni diasporunun durmasına işərə vurub. Suaaları cavablandıran Yusif Halacoğlu deyib ki, birlik və bərabərlik olduğu təqdirdə Türkiyə ən zəngin, ən güclü dövlət olacaq, amma bəziləri bu birlik və bərabərliyi pozmağa çalışır. "Təhdid alırsınızmı"-sualına cavabında isə Halacoğlu "Dəmirdən qorxsam, qatara minmərəm. Fələstini, Yəməni düşünün. Əsrlər boyu, o cümlədən, XX əsrdə millətimiz, dövlətimiz naminə milli mücadiləyə qoşulan insanlarımız qorxsaydılar, Türkiyə bu gün müstəqil olmazdı"-deyib.
Göytürk-03.01.2009

Web kaynagy : XalqCebhesi

No comments:

Post a Comment