Bütün mətbuat vasitələri hökümət nəzarətində olan Türkmənistanda, ölkə prezidenti müstəqil qəzetlərin yaradılmasına izn verilməsi planlarını bəyan edib.
Türkmənistan nazirlər kabinetinin televiziya vasitəsilə nümayiş etidirilən görüşündə prezident Qurbanqulu Berdımuxammedov hökümət rəsmilərinə müraciətində deyib ki, indi ölkədə özəl qəzet və jurnalların əsasının qoyulmasına dair təkliflər hazırlana bilər və bu sahədə görülən iş sürətləndirilə bilər.
Cənab Berdımuxamedov eyni zamanda bidirib ki, ölkənin sənaye və sahibkarlar ittifaqları da özlərinin nəşrlərinə başlamalı və orada uğurlu bizness xəbərlərini dərc etməlidirlər.
"Əgər kimlərsə yeni partiya yaratmaq arzusundadırsa, biz onları dəstəkləyəcəyik, - deyib ölkə prezidenti. Lakin bunula yanaşı olaraq, o, yeni partiyaların əsasının qoyulmasında tələsmək lazım olmadığını qeyd edib. Türkmənistan müstəqil mətbuatı olmayan yeganə post-Sovet ölkəsidir.
Ölkədə televiziya kanalları, 25 qəzet və 15 jurnalın dərc olunmasına baxmayaraq, onların hamısı hokumətə məxsusdur. Sələfi Saparmurat Niyazov 2006-cı ildə vəfat edəndən bəri, Berdımuxamedov Mərkəzi Asiyanın bu enerji ilə zəngin olan ölkəsində, internetə çıxış və operaya qadağaları qaldırmaqla, bir sıra azadlıqlar üzrə islahatlar həyata keçirib.
Lakin sabiq prezident Niyazovun avtoritar rejimindən sonra Berdımuxammedovun bu məhdud islahatları insan haqqları təşkilatları tərəfindən onların yalnız kosmetik xarakter daşımasına və əslində fərqli fikirlərin təzyiqlərə məruz qalmasına görə tənqid olunur.
Bir sıra ekspertlər bu yeni təkliflərin insan hüquqları və mətbuat azadlıqlarının durumuna görə pislənən Türkmənistanda mətbuta geniş azadlıqlar gətirməyəcəyini deyirlər.
Kaynak: BBC-Azeri
No comments:
Post a Comment