Monday, July 19, 2010

”Söyləsəm təəsiri yox, sussam könül raazi deyil” - سؤیله سم تأثیری یوخ، سوسسام کؤنگیل راضی دئیل!ه

Güntay Gəncalp
فضولی
Külli-İslam ölkəsi çirkin bataqlıqdır, bataq,i
Türlü xainliklərə, iblisə olmuşdur yataq
Eyləyib təkbir qadın cinsin edərlər daş-qalaq
Tüm bu olmuşlar, olanlar indidir, maazi deyil
i“Söyləsəm təəsiri yox, sussam könül raazi deyil.”i
***
Bilgiyə sərhəd qoyub, nəhy eylədi əmmamələr
Bir də gördün kim çıxıb mənbərdə zövqiylə mələr
Bir qılıc almış ələ, çox yaxşı öz baaşın dələr

Ey müsəlmanlar, bilin kim bu həyat baazi deyil,
“Söyləsəm təəsiri yox, sussam könül raazi deyil”

Doğrular doğrulmuş idi, daima həp şübhədən
Ol qaranlıqlarda batmışlar işıq sevməz, nədən?i
i“Ayrı bilmişsən Füzuli Məscidi Meyxanədən!”i
*
Səhvimiş, kim əhli-mey həm Tanrıya aasi deyil
i“Söyləsəm təəsiri yox, sussam könül raazi deyil.”i
*
Baazi-oyun
Maazi-keçmiş
Aasi- qarşı qoymaq, asi, üsyancı
28.05.2010

No comments:

Post a Comment