Shanli Toronto Dance groupi |
Bakı. Könül Cəfərli - APA. Noyabrın 10-da Kanadanın Toronto şəhərində
“Heydarbaba Media Group”un təşkilatçılığı ilə “Azərbaycan gecəsi”
keçirilib. Bu barədə təşkilatın direktoru, Kanadada yaşayan soydaşımız
Yaşar Purəli məlumat verib.
O bildirib ki, gecədə bu ölkədə yaşayan azərbaycanlı sənətçilər,
“Təbriz” və “Azərbaycan” milli rəqs qrupları çıxış ediblər: “Tədbirin
əsas məqsədi Kanada cəmiyyətində Azərbaycan mədəniyyətini və
incəsənətini təbliğ etməkdir. Xalqımızın qədim və zəngin mədəni irsi
var. Belə tədbirlər keçirməklə milli mədəniyyətimizi yaşadığımız
cəmiyyətə tanıtmağa çalışırıq. ...
Bu, vətəndən kənarda yaşayan hər bir
azərbaycanlının mənəvi borcudur. “Azərbaycan gecəsi”ndə çıxış edən
sənətçilər və rəqs qrupları təmənnasız iştirak etdilər”.
No comments:
Post a Comment