ِDanýal Babaýany |
GünAz TV: Türkmən fəal və sabiq siyasi məhbus Danyal Babayani “Amerikanın
Səsi” ilə söhbətdə İranın Türkmənsəhra bölgəsində yaşayan türkmənlərin
üzləşdiyi etnik və məzhəbi ayrı-seçkiliklər, eləcə də öz fəaliyyətləri
və həmin fəaliyyətlər üzündən 18 yaşında ikən tutulduğunda məruz qaldığı
həbs və mühakimə prosesini anladır.
2013
ilində İslam İnqilabı lideri və hazırkı ali ruhani liderini aşağılamaq
və rejimə qarşı təbliğat aparmaq ittihamı ilə 2 digər türkmən fəal
Həbibullah Bəkzadə və Nemətullah Kəmi ilə bərabər 23 ay həbsə məhkum
olunduğunu söyləyən Danyal Babayani həbs müddətini keçirdikdən sonra
Türkiyəyə mühacirət edib.
Danyal
Bayaninin anlatdıqlarına görə, sünni-hənəfi türkmənlərin din,
mədəniyyət və dil haqları uğrunda fəaliyyətlərinə görə İran məhkəməsi
ilk başda onlara qarşı casusluq və pantürkizm ittihamlarını da irəli
sürüb, ancaq bunlara dair hər hansı sənəd olmayıb.
“Biz
üç nəfər Türkmənsəhrada türkmən kültürü və dinimiz (hənəfi məzhəbik) və
dilimiz qonusunda internet saytlarında çalışırdıq. Dövlət bunu bildi,
anladı və bizi tutuqladı. Məhkəmə öncə casusluq dedi, amma sonra onu
geri aldı... Türkmən dili ilə ilgili də fəaliyyət edirdik. Ona görə də
pantürkist filan dedilər, amma sənəd tapmadıqları üçün dövlətə qarşı
propaqanda deyə cəza verdilər,” deyə gənc fəal mühakimə prosesini təsvir
edir.
Danyal
Babayani İran hakimiyyətinin sünni bölgələrdəki məktəblərdə şiəliyi
təbliğ etdiyini bildirir. “Bizi şiələşdirməyə çalışırlar, Allaha şükür
xalq təpki göstərir. Göstərməsəydi indi assimilyasiya edilmişdik,” deyə o
dilə gətirir.
Sabiq
siyasi məhbus türkmənlərin hüquqları uğrunda fəaliyyət göstərdikləri
üçün həbs edilmiş digər fəallar haqqında da danışır. O, həmçinin Evin
zindanında saxlanılan və Amnesty Internationalın “vicdan məhbusu” kimi
tanıdığı türkmən fizika alimi Ümid Kövkəbinin durumu ilə bağlı
“Amerikanın Səsi”nə məlumat verir.
Onun
söylədiklərinə görə, türkmən alim İranın hərbi sənaye quruluşları və
təhlükəsizlik qurumu ilə əməkdaşlıq etmədiyi üçün həbs edilib.
Türkiyədə
mühacirətdə yaşayan gənc fəal Türkmənsəhra əhalisinin etnik və məzhəb
mənsubiyyəti üzündən iqtisadi baxımdan, o cümlədən, işəgötürmə sahəsində
ayrı-seçkiliyə məruz qaldığını vurğulayır:
“Türkməni
öncəliklə türkmən olduğu, ikincisi əhli-sünnət hənəfi olduğu üçün
dövlət qurumlarında yüksək mövqelərə götürmirlər. İstixdam sahəsində
haqqını vermirlər.”
Qeyri-rəsmi
mənbələrə görə, İranda təqribən 3 milyon türkmənin yaşadığını söyləyən
Babayani hakimiyyətin onları ikinci dərəcəli vətəndaş kimi gördüyünü önə
çəkir.
Babayanı
eləcə də Türkmənsəhra bölgəsində ekoloji problemlərin də əksəriyyəti
əkinçiliklə məşğul olan türkmənlərin iqtisadi durumunun pisləşməsində
rol oynadığını ifadə edir:
“Türkmənlər
genəl olaraq əkinçiliklə məşğul olurlar. O üzdən indi ekonomi durum
yaxşı deyil. Çünki, qıtlıq gəldi, sular qurudu. O da dövlətin qurduğu
bəndlər/sədlər üzündən oldu. Göllərimiz qurudu...”
Türkmən
fəal 1979 İran İslam İnqilabından sonra Türkmənsəhra bölgəsində baş
verən kütləvi etirazların qanlı bir şəkildə yatırılmasına diqqət çəkərək
yaşanan qətliamlar nəticəsində toplumda yaranmış qorxu atmosferinin bu
gün də davam etdiyini ifadə edir.
Günbəd
Kavus (Türkməncə: Kümmet Gowuz) İranda əhalisinin əksəriyyəti türkmən
olan ən böyük şəhərdir. Türkmənlər həmçinin Gülüstan, Quzey Xorasan və
Rəzəvi Xorasanın bir çox bölgələrində yaşayırlar. Türkmənistanın
cənubunda yerləşən bu bölgələrə Türkmənsəhra deyilir.
Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:
N.S
No comments:
Post a Comment