Danyal Babayani |
USA - VoA İran Azərbaycanı Türk Dili: Türkmən fəal və sabiq siyasi məhbus Danyal Babayani Amerikanın Səsi ilə
söhbətdə İranın Türkmənsəhra bölgəsində yaşayan türkmənlərin üzləşdiyi
etnik və məzhəbi ayrı-seçkiliklər, eləcə də öz fəaliyyətləri və həmin
fəaliyyətlər üzündən 18 yaşında ikən tutulduğunda məruz qaldığı həbs və
mühakimə prosesini anladır.
Danyal Babayani İran türkmənləri haqda danışır (14:31):Şu ýerden hem Danýalyň ses gepleşigini alyp bilersiňiz! (14:31 min.)
2013 ilində İslam İnqilabı lideri və hazırkı ali ruhani liderini
aşağılamaq və rejimə qarşı təbliğat aparmaq ittihamı ilə 2 digər türkmən
fəal Həbibullah Bəkzadə və ...
Nemətullah Kəmi ilə bərabər 23 ay həbsə məhkum olunduğunu söyləyən Danyal Babayani həbs müddətini keçirdikdən sonra Türkiyəyə mühacirət edib.
Nemətullah Kəmi ilə bərabər 23 ay həbsə məhkum olunduğunu söyləyən Danyal Babayani həbs müddətini keçirdikdən sonra Türkiyəyə mühacirət edib.
Türkməni öncəliklə türkmən olduğu, ikincisi əhli-sünnət hənəfi olduğu üçün dövlət qurumlarında yüksək mövqelərə gətirmirlər. İstixdam sahəsində haqqını vermirlər... Danyal Babayani |
Danyal Bayaninin anlatdıqlarına görə, sünni-hənəfi türkmənlərin din,
mədəniyyət və dil haqları uğrunda fəaliyyətlərinə görə İran məhkəməsi
ilk başda onlara qarşı casusluq və pantürkizm ittihamlarını da irəli
sürüb, ancaq bunlara dair hər hansı sənəd olmayıb.
Türkmənsəhra bölgəsi - İran |
“Biz üç nəfər Türkmənsəhrada türkmən kültürü və dinimiz (hənəfi
məzhəbik) və dilimiz qonusunda internet saytlarında çalışırdıq. Dövlət
bunu bildi, anladı və bizi tutuqladı. Məhkəmə öncə casusluq dedi, amma
sonra onu geri aldı... Türkmən dili ilə ilgili də fəaliyyət edirdik. Ona
görə də pantürkist filan dedilər, amma sənəd tapmadıqları üçün dövlətə
qarşı propaqanda deyə cəza verdilər,” deyə gənc fəal mühakimə prosesini
təsvir edir.
Danyal Babayani İran hakimiyyətinin sünni bölgələrdəki məktəblərdə
şiəliyi təbliğ etdiyini bildirir. “Bizi şiələşdirməyə çalışırlar, Allaha
şükür xalq təpki göstərir. Göstərməsəydi indi assimilyasiya
edilmişdik,” deyə o dilə gətirir.
Sabiq siyasi məhbus türkmənlərin hüquqları uğrunda fəaliyyət
göstərdikləri üçün həbs edilmiş digər fəallar haqqında da danışır. O,
həmçinin Evin zindanında saxlanılan və Amnesty Internationalın “vicdan
məhbusu” kimi tanıdığı türkmən fizika alimi Ümid Kövkəbinin durumu ilə
bağlı Amerikanın Səsinə məlumat verir.
Türkmənsəhranın tanınmış din alimi Mövlana Gərgic |
Onun söylədiklərinə görə, türkmən alim İranın hərbi sənaye
quruluşları və təhlükəsizlik qurumu ilə əməkdaşlıq etmədiyi üçün həbs
edilib.
Türkiyədə mühacirətdə yaşayan gənc fəal Türkmənsəhra əhalisinin etnik və məzhəb mənsubiyyəti üzündən iqtisadi baxımdan, o cümlədən, işəgötürmə sahəsində ayrı-seçkiliyə məruz qaldığını vurğulayır:
“Türkməni öncəliklə türkmən olduğu, ikincisi əhli-sünnət hənəfi olduğu üçün dövlət qurumlarında yüksək mövqelərə götürmirlər. İstixdam sahəsində haqqını vermirlər.”
Türkiyədə mühacirətdə yaşayan gənc fəal Türkmənsəhra əhalisinin etnik və məzhəb mənsubiyyəti üzündən iqtisadi baxımdan, o cümlədən, işəgötürmə sahəsində ayrı-seçkiliyə məruz qaldığını vurğulayır:
“Türkməni öncəliklə türkmən olduğu, ikincisi əhli-sünnət hənəfi olduğu üçün dövlət qurumlarında yüksək mövqelərə götürmirlər. İstixdam sahəsində haqqını vermirlər.”
Türkmənlər genəl olaraq əkinçilik işi ilə məşğul olurlar. O üzdən indi ekonomi durumu yaxşı deyil. Çünki, qıtlıq gəldi, sular qurudu. O da dövlətin qurduğu bəndlər/sədlər üzündən oldu. Göllərimiz qurudu...Danyal Babayani |
Qeyri-rəsmi mənbələrə görə, İranda təqribən 3 milyon türkmənin
yaşadığını söyləyən Babayani hakimiyyətin onları ikinci dərəcəli
vətəndaş kimi gördüyünü önə çəkir.
Babayanı eləcə də Türkmənsəhra bölgəsində ekoloji problemlərin də
əksəriyyəti əkinçiliklə məşğul olan türkmənlərin iqtisadi durumunun
pisləşməsində rol oynadığını ifadə edir:
“Türkmənlər genəl olaraq əkinçiliklə məşğul olurlar. O üzdən indi
ekonomi durum yaxşı deyil. Çünki, qıtlıq gəldi, sular qurudu. O da
dövlətin qurduğu bəndlər/sədlər üzündən oldu. Göllərimiz qurudu...”
Türkmən fəal 1979 İran İslam İnqilabından sonra Türkmənsəhra
bölgəsində baş verən kütləvi etirazların qanlı bir şəkildə yatırılmasına
diqqət çəkərək yaşanan qətliamlar nəticəsində toplumda yaranmış qorxu
atmosferinin bu gün də davam etdiyini ifadə edir.
Günbəd Kavus (Türkməncə: Kümmet Gowuz) İranda əhalisinin əksəriyyəti
türkmən olan ən böyük şəhərdir. Türkmənlər həmçinin Gülüstan, Quzey
Xorasan və Rəzəvi Xorasanın bir çox bölgələrində yaşayırlar.
Türkmənistanın cənubunda yerləşən bu bölgələrə Türkmənsəhra deyilir.
No comments:
Post a Comment