BBC: Xəzərdəki mübahisəli yataqlarla bağlı Azərbaycanla Türkmənistan arasında gərginliyin artması fonunda tanınmış türkmən yazıçısı və publisisti Ak Velsapar problemin “sivil” çözümünə çağırır. İsveçdə mühacirətdə yaşayan tanınmış yazıçı BBC Azərbaycancaya müsahibəsində Xəzər problemini təhlil edərək Türkmənistanın bu məsələdə işlənilmiş yekun mövqeyə malik olmadığını deyib.
Türkmənistan tərəfindən də müəyyən səviyyədə - adi adamlarla rəsmi
səviyyədə - bu məsələnin müzakirəsi aparılır.
İnternetdən, forumlardan
və digər mənbələrdən aldığım məlumatlara görə burada iki mövqe
mövcuddur: Onlardan birinə görə məsələ qardaşçasına həll edilməli və
kəskinləşməyə yol verilməməlidir. Forumlarda məsələyə münasibət bildirən
türkmənlərin çoxu heç vaxt münaqişə və müharibə aparmayan qonşuların
yaxşı olan münasibətlərinin qorunub saxlanılması istəyir. Rəsmi mövqeyə
gəlincə isə Türkmənistan məhz indi səsini ucaldıb. 2008-ci ildə də bu
mövzu ilə bağlı müzakirələr meydana çıxsa da, tezliklə sakitləşdirildi.
Hətta o vaxt məsələnin həll olunması təəssüratı yaranmışdır. Lakin
nədənsə Türkmənistan indi bu məsələni kəskinləşdirir, eyni tendensiyanı
mən Azərbaycan tərəfindən də görürəm. Azərbaycan da öz mövqeyini, belə
deyək də, daha sərt şəkildə ifadə etməkdən çəkinmir. Mən bu məsələnin
normal, sivil həllinin tərəfdarıyam.
İndiyədək Türkmənistan Transxəzər
layihəsi barədə ziddiyyətli bəyanatlar verib. Mübahisənin qızışdığı bir
vaxtda bu layihə gündəlikdə qalırmı?
Bir il bundan əvvəl Türkmənistanla Azərbaycan
Transxəzər layihəsinin danışılıb həll oluna biləcəyi barədə sinxron
bəyanatlar verirdilər. Bu gələcək qərarlar üçün yaxşı başlanqıc idi.
Rəsmi Türkmənistan hazırda hövzənin orta xəttlə bölünməsi prinsipində
israrlıdır. Bu məsələnin məqbul çözümüdür. Lakin Türkmənistan bu
mübahisəni beynəlxalq arbitraj yolu ilə həll etmək istəyir.
Türkmənistanın qaz və neft nazirinin sözlərinə görə Aşqabad bu məsələ
ilə bağlı BMT-yə müraciət edəcək. Məncə burada da qəbahət yoxdur, bu
məsələni bu cür sivil şəkildə həll etmək mümkündürsə onu birdəfəlik
çözmək lazımdır.
Siz hadisələri bir növ qarşı tərəfdən
izləyirsiniz. Xəzərin Türkmənistan sahilindən baxanda nə kimi mənzərənin
açıldığını görmək olar.
Mən bildiyim qədər rəsmi Aşqabadın fikrincə Bakı
Sovet dövründə həmin yataqların Azərbaycan tərəfindən kəşf edilib
işlənilməsinə istinadən mübahisəli yataqları sadəcə olaraq
Türkmənistanın əlindən almaq niyyətindədir. Buna rəsmi Aşqabadın cavabı
belədir: O vaxtlar bu məsələ Azərbaycanla Türkmənistanın səlahiyyətində
olmayıb - bütün neft və qaz yataqları, təbii ehtiyatlar mərkəzi
hökumətin əlində olub. Buna görə Azərbaycanın bu mövqeyi Türkmənistan
tərəfindən qəbul edilmir. Bununla razılaşmamaq çətindir. Türkmənistan
forumlarında, internet səhifələrində bu yatağın müştərək işlənilməsi və
neftin yarıbayarıya bölünməsi ədalətli qərar kimi təklif olunur. Rəsmi
Türkmənistanın mövqeyi isə bu dəfə daha radikal kimi görünür. Aşqabad
məsələnin beynəlxalq səviyyəsində həlli üçün arbitraj məhkəməsinə
müraciət etmək niyyətindədir.
Cənab Velsapar Xəzərin bölünməsində Türkmənistanın hazırkı mövqeyi nədən ibarətdir.
Zənnimcə Türkmənistan bu məsələdə vahid və yaxud
da işlənilmiş yekun mövqeyə malik deyil. Türkmənistan gah Rusiya gah da
İranın mövqeyini dəstəkləyir. İran dənizin 20 faiz prinsipi üzrə
bölünməsini tələb edən kimi Türkmənistan ondan uzaqlaşaraq Rusiyaya
yaxınlaşır. Çünki Aşqabad üçün belə bölünmə əlverişli deyil. Lakin
Rusiyanın təklif etdiyi Xəzərin ümumi istifadəsi də Türkmənistanı qane
etmir. Mən hesab edirəm ki, 5 ölkə arasında Bakı ilə Aşqabad Xəzərin
bölünməsi məsələsində ən yaxın mövqeyə malikdirlər. Və onlara gələcək
qərarın həllinə zəmin yaradacaq çözümün əldə olunmasında yataqlarla
bağlı mübahisə mane olur. Bu məsələnin həlli təqdirində Qazaxıstanda bu
çözümə qatıla bilər ki, Rusiya ilə İran bu 3 ölkənin qərarına qulaq
asmalı olacaq. Buna görə də Azərbaycanla Türkmənistan çözüm tapmalıdır.
Qarşıdurma məsələni həll etmir. Mən əminəm ki, Azərbaycanla Türkmənistan
arasında müharibə olmaycaq - bu istisna olunur. Lakin hətta kiçik
təxribatlar da olmamalıdır. Çünki bu nə Azərbaycana nə də ki,
Türkmənistana lazım deyil.
No comments:
Post a Comment