Lalə Cavanşir |
َAmerikanin Sesi Radiosi: Toronto Universitetinin Türkologiya və Yaxın Şərq mədəniyyətləri üzrə
doktorluq tələbəsi Lalə Cavanşir Amerikanın Səsinə müsahibədə İranda
qadın hüquqlarının durumu və bu durumun Azərbaycan qadınlarına təsirləri
haqda danışıb. İran İslam Respublikasındakə mövcud mühiti şərh edən
Lalə xanım hüquq pozuntularının təkcə siyasi sferaya deyil, iqtisadi,
sosial statusa da sirayət etdiyini vurğulayıb. Onun sözlərinə görə
qadınların mütəmadi şəkildə alçaldılmasının əsasında totalitar
diktatura, teokratik rejim və cəmiyyətdə əsrlərdən bəri daşlaşmış
patriarxal münasibətlər dayanır.
Lalə xanım İranda mövcud şəriət qanunun qədim zamanlardan miras
qaldığını və ...qadınları əzən bir funksiya daşıdığını qeyd edir. Belə ki,
1979-cu il İslam İnqilabından sonra fundamentalist prisniplərin hüquqi
müstəviyə tətbiq olunması qadınların bir çox hüquqlarını əllərindən
alıb, onları de-yure və de-fakto ikinci dərəcəli vətəndaşlara çevirib.
İran İslam Respublikasının boşanma və boşanmaqdan sonra uşaqla əlaqəli qanunları, irs qanunu və bir çox başqa qanunlar İranda yaşayan bütün qadınları məhdudlaşdırır, ancaq qeyri-Fars qadınlar əlavə çətinliklərlə də üzləşirlər,- deyə bildirən Lalə Cavanşir, məhkəmələrdə Farsca bilməyən qadınların problemlərinə işarə edir. O misal olaraq İslam Respublikası tərəfindən daşqalağa məhkum edilən Təbrizli qadın Səkinə Məhəmmədinin adını çəkir. Səkinə Məhəməddinin vəkilinin sözlərinə görə, Səkinə xanım farsca bilmədiyi üçün məhkəmədə ona oxunan sənədi yaxşı anlamadan imzalamışdı.

“Ərimdir, döyər də sevər də,” və “Qızını döyməyən dizini döyər,” kimi
deyimlər Lalə xanımın fikrincə qadınların ikinci dərəcəli insan olması
haqda təsəvvürdən xəbər verir. Habelə “qeyrətli kişi” və “sərt kişi”
konseptlərinin cəmiyyətdə müsbət qarşılanması da qadınlara qarşı vacib
sayılan məhdudlaşdırıcı təfəkkürdən qaynaqlanır.
Lalə Cavanşir İslam rejiminin qadınlarla bağlı məhdudlaşdırıcı qanunları
ilə birlikdə cəmiyyətdə geniş yer alan folklor və xalq ədəbiyatında
mövcüd bəzi düşüncələri basqılara rəvac verən faktorlar kimi
dəyərləndirir. “Ərimdir, döyər də sevər də,” və “Qızını döyməyən dizini
döyər,” kimi deyimlər Lalə xanımın fikrincə qadınların ikinci dərəcəli
insan olması haqda təsəvvürdən xəbər verir. Habelə “qeyrətli kişi” və
“sərt kişi” konseptlərinin cəmiyyətdə müsbət qarşılanması da qadınlara
qarşı vacib sayılan məhdudlaşdırıcı təfəkkürdən qaynaqlanır.
Eyni zamanda Lalə xanım Azərbaycan türklərinin müsəlman aləmində proqressiv düşüncənin daşıyıcıları olduğunu qeyd edib. Yaxın şərq mədəniyyətləri üzrə tədqiqatçı İranda yaşayan Azərbaycan türklərinin Quzey və Türkiyə vasitəsi ilə Qərb mədəniyyətini daha yaxşı tanıyıb və buna görə də İranda qadın hüquqları ilə bağlı hərəkkatın önündə gediblər,- deyə İranda ilk dəfə qadınların seçmə və seçilmə haqqının 1945-46-ci illərdə Azərbaycan Milli Höküməti dövründə həyata keçirilməsini nümunə verir.

No comments:
Post a Comment